Yay düşərgəsi

Məktəblər
May 13, 2016
IMG_2209-1
Zaqatala-Balakən
May 13, 2016

Yay düşərgəsi

tehsilloqo

Yay Düşərgəsi:

Seminar veriləcək 10 məktəbin hər birindən 3 şagird olmaqla 30 məktəbli  Bakıda keçiriləcək 5 günlük yay düşərgəsinə dəvət ediləcək. Hazırda şagirdlərin seçim üsullarının müəyyənləşdirilməsi üzərində iş gedir. Düşərgə müddətində məktəblilərin müxtəlif universitetlərə tanışlıq görüşərinə aparılması, hər gün müxtəlif sahə üzrə ixtisaslaşmış Britaniya məzunu ilə görüşləri və məktəblilər arasında müxtəlif intellektual-əyləncəli oyunlar keçirilməsi nəzərdə tutulur.

 

2016-2017-ci tədris ili üçün Böyük Britaniyada təhsilə başlayacaq azərbaycanlı gənclərlə görüş:

“Təhsil üçün əl-ələ” layihəsi çərçivəsində ikinci komponent kimi AUKAA həmçinin 2016-2017-ci tədris ili üçün Böyük Britaniyada müxtəlif proqramlarla təhsilə başlayacaq gənclərlə məzunlar arasında tövsiyyə xarakterli görüşün təşkilini, təhsil, Britaniyada yaşayış, tələbə həyatı barədə kiçik təcrübə və tövsiyyələrin bölüşülməsini nəzərdə tutur.

 

Final tədbiri:

“Təhsil üçün əl-ələ” layihəsinin yekunları düşərgə üçün dəvət edilmiş məktəblilərin, Britaniyada təhsilə başlayacaq tələbələrin və Azərbaycan Britaniya Məzunları İctimai Birliyinin məzun üzvləri və rəsmi qonaqların iştirakı ilə nəzərdə tutulmuş  final təqdimat mərasimi və yoldaşlıq görüşündə ictimaiyyətin diqqətinə çatdırılacaq.

Comments are closed.