Səbinə Ağayeva

Warwick University, MA in Educational Leadership and Management.
Sabina Aghayeva

Böyük Britaniyanın Çivininq proqramının məzunudur. Alternativ/qeyri-formal təhsil imkanları sahəsində təcrübəyə malikdir. Hal-hazırda “Əkinçi” (akinchi.org) media platformasında koordinator vəzifəsində çalışır. Eyni zamanda, Azərbaycanda məktəb direktorlarının potensialının artırılmasını hədəfləyən “İnnovativ məktəb direktorları” layihəsini idarə edir. Təhsildə bərabər imkanlar maraq göstərdiyi əsas tədqiqat sahələrindəndir.

Seçiləcəyi təqdirdə ikinci Qarabağ müharibəsindən ən çox əziyyət çəkən gənclərin həyat/təhsil imkanlarının artırılması istiqamətində layihə həyata keçirməyi planlaşdırır. Həmçinin, Böyük Britaniya universitetlərindən məzun olan şəxslərin bilik və bacarıqlarını başqaları ilə bölüşmək üçün mentorluq proqramı yaratmağı planlaşdırır. Bu proqram vasitəsiylə Azərbaycanda hal-hazırda təhsil alan tələbələr öz sahələrinə uyğun mentoru seçərək həmin sahədə özlərini daha da inkişaf etdirmək üçün imkan əldə edə biləcəklər.
Share This Article :