Məktəblər

tehsilloqo

Ziyarət ediləcək məktəblər:

Məktəblər TQDK-nın 2014-2015-ci tədris ilinin buraxılış və qəbul imtahanlarının nəticələri ilə bağlı hesabatı na əsasən orta statistik qəbul balı 195-240, oğlan qız abiturientlərin nisbi sayı 65 % -dən böyük olan bölgələrdən olmaqla, 10 rayonumuzdan 10 kənd orta məktəbini əhatə edir:

  • Zaqatala Tala kənd 1 və 5 saylı orta məktəblər
  • Balakən Katex kənd 1 saylı tam orta məktəb
  • Şamaxı Qurdtəpə kənd orta məktəbi
  • Gədəbəy Şəkərbəy kənd orta məktəbi
  • Yardımlı Şıxlar kənd orta məktəbi
  • Lerik Murya kənd orta məktəbi
  • Salyan Daykənd orta məktəbi
  • Siyəzən E.Rəhimov adına Sədan kəndi
  • Ağdam Quzanlı tam kənd orta məktəbi
  • Bərdə Xəsilli kənd orta məktəbi

Məktəblilərlə görüşlərin mövzusu:

Məktəblərə ziyarətə gedəcək komanda tərkibində olacaq məzunlar məktəblilərlə təhsilin önəmi, öz uğur hekayələri, seçiləbiləcək spesifik ixtisaslar, bakalavr təhsili boyu vaxtın səmərəli istifadəsi, xaricdə təhsili davam etdirməyi planlaşdırma, təqaüd imkanları ilə bağlı söhbət edəcək, layihə çərçivəsində dəvət olunacaqları yay düşərgəsi və seçim prosesi barədə məlumat verəcəklər.

Comments are closed.