Candidates

Chairperson

Tural Maharramov

Nottingham University


Mən, Tural Sərhəd oğlu Məhərrəmov hazırda Milli Aviasiya Akademiyasında “Məsafədən aerokosmik tədqiqatlar” ixtisası üzrə doktorantura təhsili alıram. Birinci magistr təhsilimi 2013-2014-cü illərdə SOCAR-ın Xarici Təqaüd proqramı vasitəsilə Nottinqam Universitetində Ətraf mühit mühəndisliyi (merit), ikinci magistr təhsilimi isə Milli Aviasiya Akademiyasında “Aerokosmik monitorinq” (fərqlənmə) ixtisasları üzrə almışam. Bakalavr təhsilimi Ekologiya mühəndisliyi, ixtisaslaşma olaraq isə “Aerokosmik monitorinq” (fərqlənmə) sahəsi üzrə bitirmişəm. AUKAA-ya töhfə vermək məqsədilə 2015-2016-ci illərdə AUKAA-nın İdarə heyətinin üzvü və 2014-2015-ci illərdə isə sədr müavini olmuşam. Hazırda AUKAA “Ətraf mühitə dost və təhlükəsiz məktəb” layihəsinin rəhbəriyəm. Bunlardan əlavə “Təhsil üçün əl-ələ” layihəsində təşkilatçı və təlimçi, AUKAA Conversation club-da “The role of aerospace technologies on environmental protection” mövzusu üzrə məruzəçi, Londonda “Qarabağ: Gələcəyə Baxışımız” adlı elmi forumda və bir neçə “Xeyriyyə və “networking” tədbirlərində təşkilatçı kimi çalışmışam. Hazırda SOCAR-da Ətraf mühitin mühafizəsi üzrə böyük mühəndis və Xəzər universitetində Sağlamlıq, Əməyin Mühafizəsi və Ətraf Mühit (SƏTƏM) üzrə müəllim vəzifəsində çalışıram. ------ İndiyə qədər AUKAA idarə heyətində iki müxtəlif vəzifələrdə olunduğum üçün düşünürəm ki, AUKAA-ya Sədr kimi töhfə vermək üçün kifayət qədər təcrübə toplamışam. Buna görə də inanıram ki, qazandığım təcrübəni Sədr kim AUKAA-nın inkişafı məqsədilə var gücümlə istifadə etməyə daha çox şansım olacaq. Seçildiyim təqdirdə idarə heyətinin köməyi, AUKAA üzvlərinin və illərdir əməkdaşlıq etdiyimiz tərəfdaşlarımızların dəstəyi ilə birlikdə Azərbaycanda təhsilin, cəmiyyətin və AUKAA üzvlərinin karyerasının inkişafı, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Azərbaycan arasında təhsil, ictimai və mədəni əlaqələrinin möhkəmlənməsi baxımından bir neçə maraqlı layihəni prioritetləşdirərək həyata keçirməyi düşünürəm. Nəzərdə tutduğum fəaliyyətləri iki yerə bölmək olar: 1) Rəsmi və 2) Əyləncə və networking xarakterli Rəsmi: -AUKAA üzvlərinin Böyük Britaniya universitetlərində təhsil aldıqları paylaşmağa icazə verilən kitab və ya digər dərs vəsaitlərinin bir yerdə toplayaraq “AUKAA Kitabxana” yaratmaq. Bu kitabxana vasitəsilə dəyərli materialları Azərbaycanda təhsil alan tələbələr və ya tədqiqatçılarla bölüşərək təhsilimizin inkişafına da töhfə verə bilərik. -Məzunların iş tapmaqlarına dəstək vermək məqsədilə AUKAA Online CV Platformasının yaradılması -Təhsilin inkişafı üçün müəyyən ixtisaslar üzrə yararlı olan xarici ədəbiyyatların prioritetləşdirilərək Azərbaycan dilinə tərcümə olunması -Mühəndislik (Robotexnologiya, Alternativ və Bərpa Olunan Enerji mənbələri, Elektronika, Proqramlaşdırma, Ətraf mühit, Peyk texnologiyaları, Neft-qaz, Aerokosmik və s.) sahələrinin inkişafı üçün yarışmalar və layihələr həyata keçirmək, -İl boyunca kompleks şəkildə sırf Dayanıqlı İnkişaf məqsədlərinə uyğun maarifləndirici təlimlər və layihələr təşkil etmək -Fiziki məhdudiyyətli şəxslərin təcrübə qazanmaları (internship) və ya iş tapmaqları üçün dəstək göstərmək -Bəzi bölgələrdə qız uşaqlarının təhsildən yayındırılmamaları və təhsilin əhəmiyyətini izah etmək üçün valideynlərlə görüşlərin keçirilməsi və maarifləndirici seminarların təşkil olunması -Ekoloji maarifləndirmənin aparılması və ekoloji problemlərə diqqət çəkmək məqsədilə məktəblərdə/universitetlərdə təlimlərin verilməsi -Geyimə və xüsusi əşyalara ehtiyacı olan ailələr üçün xeyriyyə tədbirləri və yalnız olmadıqlarını hiss etdirmək üçün qayğıya ehtiyacı olan uşaqlarla/qocalarla görüşlər -Digər Məzunlar Birlikləri ilə birlikdə təhsil alınan ölkələrin təcrübələrini və mədəniyyətlərini bölüşmək məqsədilə ortaq tədbirlər -AUKAA Elmi Konfrans vasitəsilə müxtəlif sahələrdə təhsil alan məzunların müvafiq mövzulu panellərlə təhsil və şəxsi təcrübələrini bölüşməsi -Öz şəxsi bizneslərini qurmuş məzunların təcrübə mübadiləsi aparmaları, gördükləri işlərin təbliğ olunması və bir-biriləri ilə əməkdaşlıq etmələri üçün AUKAA Biznes Görüşlərinin keçirilməsi -Məzunların öz təcrübələrini və biliklərini rayonlarda və ucqar kəndlərdə təhsil alan şagirdlərlə bölüşmələri məqsədilə “Təhsil üçün əl-ələ” layihəsi formatında layihələr -İngilis dilində ödənişsiz Conversation Club-lar -AUKAA-nın daha çox beynəlxalq təşkilatlarla və Britaniya universitetləri ilə əməkdaşlığını təmin etmək və daha da inkişaf etdirmək -İqtisadiyyat, Maliyyə və Mühasibatlıq sahələri üzrə təhsil alan məzunlar çox olduğu üçün bu sahələr üzrə mentorluq proqramının təşkil olunması Əyləncə və networking xarakterli -Sağlam həyat tərzinin təbliği məqsədilə Voleybol, Basketbol və Futbol (AUKAA Football Championship) yarışlarını və velosiped yürüşlərini təşkil etmək; -Yeni üzvlərin bir-birilərini və əvvəlki məzunları tanımaları, həmçinin əylənmələri üçün mütəmadi networking tədbirlərinin təşkil olunması -İftar yeməklərinin təşkil olunması -Məzunlararası ədəbiyyat və musiqi axşamları keçirmək -Kim?, Harada? Necə? və Şaxmat kimi intelektual oyunların təşkil edilməsi -Yay mövsümü ərzində Pikniklərin təşkili və rayonlara səyahət

Deputy-Chairperson

Malak Mammadli

Manchester University


Graduated from school of Computer Science at the University of Manchester, I am employee of PwC as Risk Assurance Associate and currently working on Cybersecurity projects (Penetration testing and Security Awareness) for Banking and Telco clients. From time to time, I also get involved into University lecturing in Java Programming. Apart from working hours, I love singing and drawing and really enjoy trying new things. In life, I strongly believe in the self-development and healthy lifestyle. Behind the reason for running my candidature for AUKAA Deputy Chair is the idea of using the opportunity for adding value and promoting the idea of Women in IT. I would summarize my future plans which are ultimately related with the education and social awareness benefiting from the existing AUKAA social resources (UK Alumni with diverse educational portfolio). Getting closely involved in the previous social and educational events organized by AUKAA (i.e. Tehsil ucun el-ele 1st year) in the aim of raising awareness for those with less accessibility to the basic educational resources, I gained better understanding of the challenges secondary school students might face. In the absence of sufficient resources (i.e. limited teacher base), I believe in fundamental utilization of ICTs (Information and Communication Technologies) for facilitating process in combatting the existing gaps. On the other hand, providing the fact that, it’s not only the presence of resources for better education and every student is individual coming from different backgrounds, providing better environment for understanding psychological barriers might undermine chances for better education. Although giving the priority to those with less advantages seems the most adequate, that is, students living in remote areas, I believe spreading the awareness and support in the capital is equally important.

Etibar Huseynov

Lancaster University


Etibar Şakir oğlu Hüseynov – 5 iyul 1992-ci ildə Bakı şəhərində doğulmuşam. Təhsil: 2009-2013-cü illər - Ali təhsilin bakalavr pilləsi üzrə 640 balla Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə daxil olaraq təhsil almış və hüquqşünaslıq ixtisasına yiyələnmişəm. 2013-2014-cü illər – Ali təhsilin magistr pilləsi üzrə Birləşmiş Krallıqda Lancaster Universitetində təhsilimi davam etdirib “LLM in International Business and Corporate Law” proqramı üzrə magistr dərəcəsi (with distinction) əldə etmişəm. İş təcrübəsi: 2016-cı ilin fevral ayından indiyədək – “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin Korporativ Hüquq Şöbəsində çalışıram. Eyni zamanda, Şirkət daxilində “Corporate Library” və öz təşəbbüsümlə yaradılmış “PASHA Reader Society” üzrə əlaqələndirici şəxs funksiyasını həyata keçirirəm. Akademik fəaliyyət: 2016-2017-ci illər – Bakı Dövlət Universiteti, Hüquq Fakültəsinin ingilis dili bölməsi üzrə “International Banking Law” fənninin tədrisi. 2017-ci il – Azərbaycan Dövlət İqtisad Universiteti, MBA, ingilis dili bölməsi üzrə “International Business Law” fənninin tədrisi. Elmi məqalə: “Subrogation – right transfer mechanism in risk transfer industry”, Baku State University Law Review, Volume 2, Issue 2, May 2016 (Available at SSRN: https://ssrn.com/abstract=2778494 ) İştirak etdiyim AUKAA tədbirləri: “Təhsil üçün əl-ələ” (yenidən həyata keçirilməsinin tərəfdarıyam) Digər networking və xeyriyyə məqsədli tədbirlər. ------ AUKAA-nın növbəti 1 il üçün fəaliyyətinin həyata keçirilməsi, daha da genişləndirilməsi, eyni zamanda, rəhbər tutduğu prinsip və dəyərlər əsasında effektiv şəkildə idarə olunmasının təşkili üçün aşağıda qeyd edilən layihə/tədbir/təşəbbüslər barədə platformanı təqdim edirəm: 1. AUKAA-nın fəaliyyətinin Birləşmiş Krallıqda təhsil almış məzunların nəzəri və praktiki biliklərinin tətbiqi vasitəsilə ictimai iştirakçılıq fonunda genişlənməsi (geniş olaraq məlumat veriləcək); 2. AUKAA Quarterly Journal-ın standartlara uyğun qaydada yaradılması və müxtəlif istiqamətlər üzrə həm üzv məzunların, eyni zamanda, ölkə üzrə dövlət və özəl sektorda çalışanların bu jurnal vasitəsilə məqalələrinin qəbulu və nəşri; 3. AUKAA Library-nin üzvlərin təşəbbüsü və ianə etdikləri elmi-kütləvi ədəbiyyat, xüsusən dərsliklər hesabına yaradılması və bu kitabxananın həm üzvlərin, eyni zamanda, ölkə üzrə təhsil alan tələbələrin istifadəsinə verilməsi; 4. AUKAA Membership Card – elektron qaydada aparılan üzvlük prosesi çərçivəsində üzvlərə kartların verilməsi və bu kartlar vasitəsilə üzv olan şəxslərə üstünlüklərin təqdim edilməsi istiqamətində addımların atılması (məsələn, kitab evləri, coffee house-lar və digər ictimai-iaşə müəssisələrindən endirimlər və digər üstünlüklər); 5. AUKAA Talks – ölkə üzrə “public figure” hesab oluna biləcək şəxslərlə (bu siyahıya yazıçı, şair, ictimai xadim və s. əlavə etmək olar) görüşlərin keçirilməsi və görüşlərin həm üzvlərə, həm də üzv olmayan şəxslərə (xüsusən tələbələrə) açıq təşkil edilməsi; 6. “Təhsil üçün əl-ələ” layihəsinin (bu günədək AUKAA-nın bəlkə də ən uğurlu layihəsi hesab edirəm) davam etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, həm rayonlarda yerləşən məktəblər, eyni zamanda, respublika üzrə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Birləşmiş Krallıqda təhsilin üstünlükləri barədə mühazirələrin keçirilməsi; 7. Free Ielts/TOEFL Courses – aztəminatlı ailələrin, şəhid ailələrinin üzvü olan və valideyn himayəsindən məhrum olmuş tələbələrə təmənnasız olaraq 3-4 aylıq Ielts/TOEFL proqramlarının tədrisi; 8. AUKAA üzvlərinin maraq dairələrinə uyğun olaraq club/society-lərin yaradılması (məsələn, Reader Club, Art Society və s.); 9. Məzunların təhsil aldıqları təhsil müəssisələri ilə əlaqə yaratmasıyla, akademik heyətlə aktual mövzular ətrafında “webinar”ların təşkili; 10. AUKAA-nın ölkədə fəaliyyət göstərən şirkətlər və ya şirkətlər qrupunun korporativ sosial məsuliyyət tədbirlərində iştirakını təmin etmək, həmin müəssisələrlə əməkdaşlığı gücləndirmək və bu çərçivədə keçiriləcək layihə və tədbirlər üçün sponsorluğa cəlb etmək.

Board member

Nigar Rahimova

Liverpool University


Nigar Rahimova, proud member of AUKAA. Working as Senior Human Resources Business Partner in Azercell Telecom LLC, earlier this month joined start-up company as Senior HR Manager, have about 9 years of experience as a trainer. Studied in University of Languages, obtained bachelor degree in International Relations, and graduated from the University of Liverpool (distance), obtained Master degree in Global Human Resource Management. Enthusiastic, optimistic person, always happy to support people around me. ------ I joined AUKAA less than a year, and was happy to begin with the project “Təhsil üçün əl-ələ”. As a board member, I would like to provide new ideas for the development of the AUKAA board, create more networking alliance. I will use my experience to support the youth of the Azerbaijan. Also support our alumni in United Kingdom, and try to arrange webinars with them for experience exchange, not every student is available to go abroad and study, our students in UK can share their experience online. I am sure that with our members, we can create new training programs and share not only for the students, but also we can provide these training courses to the different companies. For these we need to analyze the development needs and identify which training courses can be useful I am willing to join all other projects within AUKAA and support our members in the future.

Samad Shafisoy

Manchester University


I received my bachelor’s degree in Petroleum Engineering from Azerbaijan State Oil Academy in 2013, and MSc Petroleum Geoscience degree from the University of Manchester in 2014. I have worked for TANAP (Trans Anatolian Natural Gas Pipeline Project) in various positions, such as onshore/offshore Project engineer, field engineer for over 2,5 years. I have recently started working as a commissioning engineer and our job as a team is to make sure that TANAP is ready to transport natural gas from Azerbaijan's Shah Deniz field to European markets. As part of my job I have had a chance to travel different regions of Turkey from East to West where pipeline crosses and work with people from various cultures & backgrounds which has played an instrumental role in strengthening my social and communicating skills apart from growing technical skills. Besides that, I also have over 2 years of volunteering experience in Caspian Engineers Society during my student years at Azerbaijan State Oil Academy. We organized technical seminars. summer/winter schools and social events for Azerbaijani university students. I also volunteered to translate technical news and articles related to innovations in science and engineering from English into Azerbaijani to publish in the society's website. I like reading historical & self-help books. I am also passionate about off-roading and exploring new cites by bike. ------ If elected to the membership of AUKAA Board I am planning to focus mainly on three areas: 1) Networking with UK Alumnus - I think we should focus on ways by which we can gather more UK graduates under AUKAA umbrella 2) Promoting Engineering : As an engineer I believe demand for competent engineers in our country will grow tremendously in the near future. Therefore we need to promote engineering in Azerbaijani schools and ignite passion in students for engineering by demonstrating how they can contribute to the future of our country in terms of engineering and technology. 3) Exploring Business Opportunities in Turkey- Having worked over 2,5 years in Turkey on an international project, i believe there are still untapped business opportunities in Turkey and as AUKAA family we can discuss business and employment opportunities there and explore how AUKAA members can benefit from that. Besides above, I would be more than happy to offer my help and support to promote AUKAA and make it more beneficial to the current and future alumnus.

Eldar Babayev

Leeds University


Eldar Babayev is an aspiring composer/songwriter as well as music manager. He is a winner of the British and local composition competitions such as 'YYS' and 'The contract of the century’; he is an author of the anthem of SOCAR as well as trusted music partner of the local and Russian state theatrical agencies. In 2016, his symphonic poem was premiered in Leeds Town Hall by the youth York orchestra which seriously contributed to his music career. Candidate has also been manager of the various music and charity projects where he closely cooperated with leading creative people of Azerbaijan, such as: Chingiz Abdullayev and Arif Melikov as well as British charity organizations such as: 'Leeds Children’s Hospital' and 'Save the Children'. Currently, he is aiming to be a Board Member of AUKAA in order to contribute to the association and its development. As a Board member I plan to organize a range of enlightening events for our members. Particularly, will invite leading people of various industries of Azerbaijan (entrepreneurs, bankers, politicians, governors, etc.) and let them have speeches in front of our members about their successes, failures and life strategies. Currently, these events are extremely important for our association, since majority of us are young and ambitious, who want to hear real life experiences of successful people and take advantage out of them. Moreover, I also promise to organize frequent jogging sessions, where we may all get together and have some cardio trainings and fun. Dear members, I want to contribute to your developments , outlooks, health and life resistances therefore I encourage you to elect me as a Board member of our association and take advantage out of these events.

Orkhan Karimzade

Imperial College London


I have graduated bachelor and master degrees in Power Engineering from Azerbaijan State Oil and Industry University. Also, I have a bachelor degree in Electrical and Electronic Engineering from KAIST (Korea Advance Institute of Science and Technology) and MSc in Sustainable Energy from Imperial College London. I worked as an energy specialist at State Agency on Alternative and Renewable Energy Sources and currently working as an Associate Dean at Power Engineering Department at Azerbaijan State Oil and Industry University and adjunct lecturer at ADA University. I am a co-author of one book and eight journal and conference publications. ------ - maintain, enhance, and expand diverse, collaborative relationship opportunities with all other alumni associations and local universities. - maintain efficient and sustainable governance, membership, and funding models that optimize the association's service to its alumni. - organize social and networking events with different communities and organizations.

Comments are closed.