Haqqımızda

2005-ci ildə yaradılmış Azərbaycan-Britaniya Məzunları Birliyi Böyük Britaniyada müxtəlif proqramlar üzrə təhsil almış azərbaycanlı peşəkarları birləşdirir.

AUKAA?

AUKAA-ya bir il müddətinə məzunlar tərəfindən seçilən beş məzun könüllüdən ibarət İdarə Heyəti rəhbərlik edir. Britaniya Şurası, Britaniyanın Azərbaycandakı səfirliyi, dövlət orqanları və özəl şirkətlərlə sıx əməkdaşlıq edən birliyin 750-dən çox qeydiyyatdan keçmiş üzvü var.

AUKAA üzvləri üçün fikirlərini irəli sürmək və həyata keçirmək məqsədli bir platformadır və üzvlərin fərdi təşəbbüslərini təşviq edir. Müxtəlif sahələrdə təhsil almış geniş üzv bazası ilə birlik Azərbaycanın inkişafına töhfə vermək üçün çox böyük potensiala malikdir.

Məqsədlərimiz

Azərbaycan-Birləşmiş Krallıq əlaqələri

AUKAA Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əlaqələrin güclənməsinə töhfə verir

Üzvlərə Dəstək

AUKAA öz üzvlərinə öz peşəkar inkişaflarını davam etdirmək üçün dəstək verir

Sosial Təsir

AUKAA Birləşmiş Krallıq məzunların yüksək intellektual və mədəni potensialından istifadə edərək geniş sosial təsir üçün imkanlar yaradır

Əməkdaşlıq

AUKAA Azərbaycanda, bölgədə və qlobal miqyasda fəaliyyət göstərən digər Britaniya məzunları birlikləri ilə, həmçinin başqa peşəkar və sosial şəbəkələrlə əlaqələr qurur

Şəbəkələşmə

AUKAA öz üzvlərinə və dostlarına peşəkar və sosial şəbəkələr, məlumat mübadiləsi, işgüzar əməkdaşlıq və qarşılıqlı dəstək üçün imkanlar yaradır

İdarə Heyətimiz

Səbinə Ağayeva

Sədr

Kövsər Əsədova

Sədr müavini

Mədinə Paşayeva

İdarə Heyəti üzvü

Aydan Kərimova

İdarə Heyəti üzvü

Əsli Səmədova

İdarə Heyəti üzvü

Fəridə Hacıyeva

Layihələr üzrə koordinator

Leyla Abdullayeva

Social Media Meneceri

Sədrlərimiz

Həmtəsisçi

Həmtəsisçi

Həmtəsisçi